EN

Üçtərəfli görüşlərdə iştirak Ermənistana qadağan edilib-Elçin Xalidbəyli- ÖZƏL

"Moskvada üçtərəfli görüşün baş tutmamasının əsas səbəbi Ermənistan Baş naziri Nikol Paşinyanın belə görüşdə iştirak etmək istəməməsi ilə bağlıdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:

"Əslində Ermənistan özü Nikol Paşinyanın üçtərəfli görüşdə iştirak etməsinə müsbət yanaşa bilər, amma bu, Ermənistandan asılı məsələ, Ermənistanın verə biləcəyi qərar deyil. Ermənistan artıq çoxdan ABŞ-nin, Avropa Birliyinin, Fransanın siyası müstəmləkəsinə çevrilib. Siyasi müstəmləkə olan bir ölkə müstəqil şəkildə belə siyasi qərarlar verə bilməz. Bu, onun səlahiyyətindən kənardadır. Üçtərəfli görüşün baş tutmaması bu səbəbdən qaynaqlanır. Ermənistan buna razılaşmır, amma Ermənistanın razılaşmamasının da əsas səbəbi ABŞ-nin, Avropa Birliyinin və Fransanın baş nazir Nikol Paşinyana Rusiyanın vasitəçiliyi ilə üçtərəfli görüşlərdə iştirakı qadağan etməsidir. Yəni ABŞ, Avropa Birliyi və Fransa baş nazir Nikol Paşinyana Rusiyanın vasitəçiliyi ilə üçtərəfli görüşdə iştirakı qadağan edib, buna icazə vermir. Ona görə də baş nazir Nikol Paşinyan Ermənistandan Cənubi Qafqazda geopolitik alət kimi istifadə edən ABŞ, Avropa Birliyi və Fransadan icazə ala bilmədiyinə görə, qadağa ilə üzləşdiyinə görə Rusiyanın vasitəçiliyi ilə olan üçtərəfli görüşlərə qatıla bilmir, qatılmağa cəsarəti çatmır. Məsələnin əsas səbəbi bundan ibarətdir".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
33
olaylar.az

1Sources