EN

Azərbaycan Ordusu qarşısına qoyulmuş tapşırıqları vaxtında və dəqiq icra etdi - Komando mənsubu

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanıAzərbaycan Ordusunun bütün şəxsi heyəti qarşısına qoyulmuştapşırıqları vaxtında və dəqiq icra etdi.

Bunu Trend-əaçıqlamasında Komando mənsubu deyib.

"Ordumuz 44 gün zaman müddətinə heç kimin bacara bilməyəcəyitapşırıqları bacararaq Azərbaycan xalqına, dövlətinə vəsoydaşlarımıza qələbəni qazandırdı. Burda bütün ordu bölmələrininxüsusi tapşırıqları oldu, onların tapşırıqları nəticəsində biz bugün 30 il həsrətində olduğumuz Qarabağda - öz dədə-babatorpaqlarımızda gəzirik, yaşayırıq. Biz bununla dayanmadıq öztəlimlərimizi, məşqlərimizi davam etdirdik və bundan daha yaxşınailiyyətlərin icrası üçün hər gün öz üzərimizdə işləməyə başladıq.Azərbaycan Respublikasının suverenliyi uğrunda canlarından keçmişşəhidlərimizə Allahdan rəhmət, yaralı olan silahdaşlarımıza isəşəfa diləyirik", - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Hadrutun işğalçılardan azad olunmasının 4ili tamam olur. Hadrutun azad edilməsinə 44 günlük Vətənmüharibəsinin dönüş və ya yüksəliş nöqtəsi də demək olar. Buəməliyyatdan sonra erməni silahlıları sürətlə məğlubiyyətə doğrugetdiklərini tam olaraq anladılar.

Hadrut azad olunduqdan sonra Azərbaycan ordusu Böyük Kirs dağı,Qırmızı bazar, Şuşa və Xocavənd istiqamətində irəliləməyə başladı.Orda üstünlük əldə edərək Füzuli Qarğabazar istiqamətində hələ dəordumuzla döyüşən erməni silahlılarına gedən təchizat yolunubağlamış oldu. Hadrut əməliyyatı müharibənin ilk ongünlüyündəordumuzun əldə etdiyi böyük uğurlarından biri Ermənistan ordusununisə müdafiə səddi ayrıldıqdan sonra növbəti böyük uğursuzluğuidi.

Chosen
35
az.trend.az

1Sources