Sabirabadda 70 yaşlı, beş övlad atası özünü asıb. 1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Sabirabad rayonunun Əlləmbəyli kəndində qeydə alınıb. Kənd sakini, 1954-cü il təvəllüdlü İsmayıl Mahmudəli oğlu Ağayev özünü mağazanın arxasında, ağacdan asaraq intihar edib. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.