EN

“Mançester Yunayted” futbolçuları Ten Haqdan niyə narazıdırlar?

“Mançester Yunayted”in bəzi futbolçuları komandanın baş məşqçisi Erik ten Haqın heyətlə işləmək üsullarından razı deyillər.

Arena.az bu barədə “Daily Mail” dərgisinə istinadən məlumat verir.

Mənbənin məluatına görə, futbolçular məşqçinin heyət seçərkən mütəmadi surətdə istifadə etdiyi növbələşmələrdən narazıdırlar.
Vurğulanır ki, futbolçular tez bir zamanda münasib idman formasını toplamaq və bu halda qalmaq üçün daha da mütəmadi surətdə, ardıcıl oynamağa üstünlük verirlər. Ten Haq isə öz növbəsində heyətin növbələşməsini onunla izah edir ki, dəyişikliklər futbolçuların böyük yorğunluğu ilə bağlıdır.

7 turdan 8 xal toplamış Mançester təmsilçisi Premyer Liqanın yarış cədvəlində 14-cü pillədə qərarlaşıb. “Qırmızı şeytanlar” heç cür özlərinə gələ bilmirlər və bu Ten Haqın adı ətrafında istefa xəbərlərinin dolaşması ilə nəticələnir.

Erik ten Haq “Mançester Yunayted”i 2022-ci ilin iyul ayından çalışdırır. Ten Haq “qırmızı şeytanlar”ı indiyə qədər 125 oyuna çıxarıb, 71 qələbə, 19 heç-heçə, 35 məğlubiyyət yaşayıb. Topların fərqi isə 230:176 nisbətindədir.

Bu il iyulun 4-də MY Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatdığını rəsmən açıqlayıb.

Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”la İngiltərə Liqa Kubokunu və İngiltərə Kubokunu qazanıb.

Chosen
25
4
arena.az

5Sources