“Neftçi” kolumbiyalı futbolçu Brayan Moreno ilə yollarını ayırıb.
İdman.biz xəbər verir ki, tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.
Bu ilin yanvarında transfer olunmuş Moreno “Neftçi”nin heyətində 18 rəsmi oyun keçirib, 4 qol vurub.
Qeyd edək ki, zədəli olduğu üçün Morenonun adı 2024/2025 mövsümün iştirak ərizəsinə salınmayıb.
İdman.biz