EN

Azərbaycanda islam bankçılığının potensialı: Bu sektorun 3%-ni əhatə edir

Azərbaycanda sahibkarların 21%-i bank xidmətlərindən istifadə etmir.

Fins.az xəbər verir ki, bunu “İqtisadi Resursların Öyrənilməsi Mərkəzi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.

Onun sözlərinə görə, 1,000 kiçik və orta sahibkar arasında aparılan tədqiqatlar, sahibkarlıq subyektlərinin təxminən 62%-nin islam bankçılığı barədə məlumatının olmadığını və ya bu haqda məlumatlarının doğru olmadığını göstərib. Sorğuda iştirak edənlərin 39%-i isə faizli kreditləri məcburiyyətdən götürdüklərini qeyd ediblər.

R.Atakişiyev, dünyada 135 ölkədə islam maliyyəsinin tətbiq olunduğunu, bunlardan yalnız 57-nin müsəlman ölkəsi olduğunu vurğulayıb. O, islam maliyyəsinin hazırda dünyaya ildə 16% inkişaf göstərdiyini, bunun da onun rəqabətqabiliyyətliliyini sübut etdiyini qeyd edib. Məsələn, Malayziyada islam bankçılığından ən çox Çin vətəndaşları istifadə edir.

R.Atakişiyev, Azərbaycanda islam bankçılığı fəaliyyətə başlaması halında bu sektorun 3%-ni əhatə edə biləcəyini bildirib. Bu, 800 milyon manat ilə 1,2 milyard manat arasında bir məbləğ deməkdir. Türkiyədə islam maliyyəsi 40 ildən artıq fəaliyyət göstərsə də, hələ də 5%-lik göstəriciyə çatıb, Malayziyada isə bu göstərici 16%-dir. Bu, inkişaf edən maliyyə bazarı üçün əhəmiyyətli rəqəmlərdir. Buna görə də, Azərbaycanda halal biznesin inkişafı üçün islam maliyyə məhsullarının tətbiqi mütləqdir.

Fuad Mədətov
Fins.az

Chosen
11
2
fins.az

6Sources