EN

Azərbaycan universitetlərinin 70 faizində süni intellekt təlimlərinin tətbiqi planlaşdırılır - Rəşad Nəbiyev

Bakı. Trend:

Gələcək 3 il ərzində Azərbaycan universitetlərinin 70 faizindəsüni intellekt təlimlərinin tətbiqi planlaşdırılır.

Trend xəbər verir ki, buAzərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziriRəşad Nəbiyev Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkiledilən "INMerge” İnnovasiya Sammitində deyib.

"Biz gələcək 3 il ərzində Azərbaycan universitetlərinin 70faizində süni intellekt təlimlərinin tətbiqini planlaşdırırıq.Həmçinin, süni intellekt texnologiyaları yalnız dövlətmüəssisələrində deyil, həm də özəl sektorda daha geniş tətbiqolunacaq", - o qeyd edib.

Nazir vurğulayıb ki, Azərbaycan hökuməti özəl sektoru süniintellektin inkişafına sərmayə qoymağa stimullaşdırmaq üçün bütünsəyləri göstərir.

"Həmçinin hökumətin rəqəmsal transformasiyası üzrə səylərimizidavam etdiririk. Biz vətəndaşların dövlət orqanları iləəlaqələrinin 35 faizini tam rəqəmsallaşdırmağı bacarmışıq. Bu,fiziki müraciətlərinin sayını azaltmağa, vaxtı qənaət etməyə vəətraf mühitə təsiri azaltmağa imkan tanıyır", - o əlavə edib.

Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyatakeçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminininkişafına töhfə vermək, startaplar və investorları bir arayagətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə dəinnovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir vətəcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Chosen
21
1
az.trend.az

2Sources