EN

"Beşiktaş"ın sabiq çalışdırıcısı tanınmış klubla danışıq aparır

"Beşiktaş" və Xorvatiya millisinin sabiq baş məşqçisi Slaven Biliç “Kardiff Siti”dən təklif alıb.

Sportal.az "talkSPORT"a istinadən xəbər verir ki, Çempionşip təmsilçisi hazırda xorvatiyalı mütəxəssislə danışıqlara başlayıb.

Doqquz turdan sonra 24 xalla sonuncu pillədə qərarlaşan Uels klubu Biliçi bu həftə baş məşqçi postuna gətirməyi planlaşdırır. Onunla danışıqlar müsbət yekunlaşmasa, klub rəhbərliyi Uels futbolunun əfsanəsi Rayan Giqqzlə danışığa keçəcək. 

Biliç Səudiyyə Ərəbistanının "Al-Fateh" klubundan ayrıldıqdan sonra hazırda işsizdir. Qiqqz isə İngiltərə 5-ci liqa təmsilçisi olan "Salford Siti”də idman direktorudur.

saytlarin hazirlanmasi

Chosen
32
sportal.az

1Sources