EN

“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib (FOTO)

Bakı. Trend:

İnnovasiya və sürət lider “Bakcell”in tərəfdaşı olduğu “INMerge”İnnovasiya Sammitini uğurla davam edir. Tədbirin ilk günündə“Bakcell”in baş icraçı direktoru Klaus Müller "Aparıcı telekomşirkətlərinin uğurlu strategiyaları" adlı panel müzakirəsinəqatılıb.

Tədbirdə Klaus Müller ilə yanaşı, “Vodafone Group”un regionaldirektoru Yohannes Hummer, “GSMA”nın strateji əlaqələr üzrədirektoru Tair İsmailov və “Silknet”in İT direktoru Cheibanny Nagidə iştirak edib. Sessiyada çıxışı zamanı Klaus Müller “Bakcell”həyata keçirdiyi innovativ layihələr və məhsullar, gələcək planlar,həmçinin şirkətin “Vodafone Group”la olan strateji tərəfdaşlığınəhəmiyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, “Bakcell”və “Vodafone Group” arasında ölkəmizdə abunəçilərə süni intellektəsaslı innovativ həll yolları və texnologiyaları təqdim etməyəimkan verəcək. Qeyd olunub ki, “Vodafone Group”la əməkdaşlıqçərçivəsində artıq “Bakcell” Azərbaycanda ilk dəfə süni intellektəsaslı tarif məsləhətçisini istifadəyə verilib. Bundan əlavə,iştirakçılara “Bakcell”in “Kapital Bank” və “Uber”lə birgə həyatakeçirdiyi layihələr barədə məlumatlar təqdim olunub.

Bundan əlavə, “Bakcell” “INMerge” İnnovasiya Sammitindəqonaqların böyük marağına səbəb olub. Ziyarətçilər stenddə“Bakcell”in ultrasürətli şəbəkəsini sınaqdan keçirib, virtualreallıq (VR) texnologiyası, şirkətin müxtəlif məhsul və xidmətləriilə tanış olublar.

Tədbir çərçivəsində, həmçinin “Bakcell”in süni intellektdəstəkli çat-botu təqdim edilib.

Qeyd edək ki, oktyabrın 10-11-i tarixlərində keçirilən “INMerge”İnnovasiya Sammitinin məqsədi innovasiya ekosisteminin inkişafınatöhfə vermək, startaplar və investorları bir araya gətirərək onlaraəməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosistemininbütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçünplatforma qurmaqdır.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiyaşirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir.Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsiləAzərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycaniqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarındanbiridir.

“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksəktexnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOLHolding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

“Bakcell”in
“Bakcell”in
“Bakcell”in
“Bakcell”in
“Bakcell”in
“Bakcell”in
Məqalədə:
Chosen
19
41
az.trend.az

10Sources