ABŞ-ın Florida ştatının qərb sahillərini Milton qasırğası özü ilə 70 mil/saata çatan küləkli tornadoları və daşqınlarla müşayiət olunan güclü yağışları da gətirib. Bu barədə ABŞ mətbuatı yazır.
Belə ki, hazırda qurbanların sayının 16 nəfər olduğu bildirilir. Sent-Lusiya bölgəsindəki düşərgədə 5 nəfər həlak olub.
Xilasedicilər qonşu rayonda daha bir şəxsi evinin dağıntıları altında aşkar ediblər.
O da bildirilir ki, "Milton” qasırğası artıq Floridanı tərk edərək Atlantik okeanına keçib.
Aytac
www.anews.az