EN

Karsli Yunanıstana gözlənilməz məğlubiyyətdən danışıb

İngiltərə millisinin baş məşqçisi Li Karsli komandasının Millətlər Liqasının ev oyununda Yunanıstan millisinə uduzmasından danışıb.

90deqiqe.Az-ın məlumatına görə, Karsli UEFA-nın mətbuat xidmətinə bildirib ki, rəqib komanda layiqli qələbə qazanıb.

“Bəzən topu kifayət qədər yaxşı saxlaya bilmirdik. Mən düşünməliyəm ki, futbolçular necə daha kompakt hərəkət edə bilərlər”

Xatırladaq ki, İngiltərə yığması evdə yunanlara gözlənilmədən 1:2 hesabı ilə uduzub. Qaliblərin heyətində hücumçu Vangelis Pavlidis dubla imza atıb.

Chosen
20
90deqiqe.az

1Sources