EN

Ostin Rutte ilə telefon danışığı aparıb

Ostin Rutte ilə telefon danışığı aparıb

ABŞ-ın müdafiə naziri Lloyd Ostin NATO-nun baş katibi Mark Rutte ilə telefon danışığında Ukraynaya dəstək olduğunu vurğulayıb.ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) verilən açıqlamaya görə, Ostin NATO-nun baş katibi Rutte ilə telefon danışığı aparıb.Görüş zamanı Ostin ABŞ-ın NATO üçün prioritetlərini və qarşıdan gələn NATO müdafiə nazirlərinin toplantısını müzakirə edib.Ostin NATO-nun çəkindirmə və müdafiə səylərini gücləndirməyə, Ukraynaya dəstəyi davam etdirməyə və transatlantik müdafiə sənayesi bazasının gücləndirilməsinə toxunub.İkili bəyan edib ki, NATO-nun Ukraynaya dəstək səyləri Ukraynanın gələcək NATO üzvlüyü üçün körpü yaradacaq.Ostin və Rutte həmçinin Yaxın Şərqdə davam edən qeyri-sabitliyi və NATO-nun İraqda potensialın gücləndirilməsi missiyasını davam etdirmək əzmində olduqlarını bildiriblər.Mənbə: AA

Chosen
23
3
afn.az

5Sources