EN

Muxtar Babayev fransalı nazirlə COP29 Tədbirlər Planını müzakirə edib (FOTO)

Bakı. Trend:

COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycan Respublikasıekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycandasəfərdə olan Fransanın energetika naziri Olqa Jiverne iləgörüşüb.

Trend xəbərverir ki, bu barədə COP29 prezidentliyinin "X" sosial şəbəkəsindəkirəsmi hesabında bildirilib.

"COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev bu günFransanın energetika naziri Olqa Jiverne ilə görüşüb. Görüşdə yaşılenerji və enerjinin saxlanması istiqamətində irəliləyişin COP29Tədbirlər Planının əsas elementləri olduğu vurğulanıb.", - deyəpaylaşımda bildirilir.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Muxtar
Muxtar
Muxtar
Chosen
36
2
az.trend.az

10Sources