Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün 11-ci, 12-ci və 13-cü turlarının oyun proqramı açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Hər üç turun qarşılaşmaları 3 gün ərzində keçiriləcək. 11-ci tura oktyabrın 25-də Tovuzda start veriləcək. Turun açılış matçında “Turan Tovuz” “Kəpəz”i qəbul edəcək. Son oyun isə Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” “Şamaxı” arasında baş tutacaq.
12-ci tura da noyabrın 1-də Tovuzda keçiriləcək “Turan Tovuz” – “Qarabağ” matçı ilə start veriləcək. Turun sonuncu oyunu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Sumqayıt”la “Sabah” arasında keçiriləcək.
13-cü tur isə Bakıda başlayıb, paytaxtda da yekunlaşacaq. İlk oyun noyabrın 8-də “Neftçi” ilə “Şamaxı” arasında baş tutacaq. Sonuncu oyunda isə “Qarabağ” “Zirə”ni sınağa çəkəcək.
Premyer Liqa
11-ci tur
25 oktyabr
19:00. “Turan Tovuz” – “Kəpəz”
Tovuz şəhər stadionu.
26 oktyabr
16:00. “Araz-Naxçıvan” – “Zirə”
Bakı. “Dalğa Arena”.
18:30. “Səbail” – “Sumqayıt”
“Bayıl Arena”.
27 oktyabr
17:00. “Sabah” – “Neftçi”
“Masazır Arena”.
19:00. “Qarabağ” – “Şamaxı”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
12-ci tur
1 noyabr
18:30. “Turan Tovuz” – “Qarabağ”
Tovuz şəhər stadionu.
20:30. “Neftçi” – “Araz-Naxçıvan”
Bakı. “Neftçi Arena”.
2 noyabr
15:00. “Şamaxı” – “Zirə”
Şamaxı şəhər stadionu.
3 noyabr
16:00. “Kəpəz” – “Səbail”
Tovuz şəhər stadionu.
19:00. “Sumqayıt” – “Sabah”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
13-cü tur
8 noyabr
20:00. “Neftçi” – “Şamaxı”
Bakı. “Neftçi Arena”.
9 noyabr
17:00. “Səbail” – “Turan Tovuz”
“Bayıl Arena”.
19:30. “Sabah” – “Kəpəz”
“Masazır Arena”.
10 noyabr
16:00. “Araz-Naxçıvan” – “Sumqayıt”
Bakı. “Dalğa Arena”.
19:00. “Qarabağ” – “Zirə”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.