EN

Ballistik raketlərin Rusiyaya ötürülməsi iddiasına görə İrana qarşı sanksiya tətbiq ediləcək

Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri oktyabrın 14-də Rusiyaya ballistik raketlərin ötürülməsi iddiasına görə İrana qarşı sanksiyaları təsdiq edəcəklər.

"Operativ Media" TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının yüksək rütbəli nümayəndəsi bildirib.

“Nazirlər ballistik raketlərin Rusiyaya ötürülməsinə görə İrana qarşı sanksiyaları təsdiqləyəcəklər”, - o deyib.

Xatırladaq ki, “The Wall Street Journal” adı açıqlanmayan amerikalı və avropalı rəsmilərə istinadən İranın Rusiyanı qısa mənzilli ballistik raketlərlə təchiz etdiyini iddia edib.

Chosen
53
50
operativmedia.az

10Sources