Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında 25 oktyabr saat 19:00-da Əməkdar artist Gülüstan Əliyevanın "Təşəkkür" adlı solo konserti baş tutacaq.
Filarmoniyadan APA-ya verilən xəbərə görə, sənətkar "Bayatılar", "Kimsən sən", "Unut bir anlıq", "Yar olsaydı", "Təşəkkür" və başqa sevilən mahnıları ilə sevənlərinin görüşünə gələcək.
Biletləri filarmoniyanın kassasından və iticket.az saytından əldə etmək mümkündür.