Bakı. Trend:
ABŞ-nin Florida ştatının "Milton" qasırğasının vurduğu ziyan vəonun nəticələri təxminən 50 milyard dollar dəyərindəqiymətləndirilə bilər.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Co Baydenbildirib.
"Mütəxəssislərə görə, qasırğa təxminən 50 milyard dollar ziyanvurub", - deyə ABŞ prezidenti qeyd edib.
C.Bayden qeyd edib ki, hakimiyyət Floridada enerji təchizatınınbərpasına və dağıntıların təmizlənməsinə diqqət yetirir.
Qeyd edək ki, 3-cü kateqoriyaya aid olan "Milton" qasırğasıoktyabrın 9-u yerli vaxtla saat 20:30-da Siesta-Ki yaxınlığındaFlorida ştatının qərb sahilində başlayıb. Küləyin sürəti 193km/saata çatıb.
Qasırğa nəticəsində azı on nəfər ölüb.