EN

“Milton” qasırğası ABŞ-a 50 milyard dollar ziyan vurdu –BAYDEN FƏLAKƏT ZONASINA GEDİR

“Milton” qasırğasından sonra ABŞ-ın Florida ştatına dəyən zərər təxminən 50 milyard dollar dəyərində qiymətləndirilə bilər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

 

"Mütəxəssislərə görə, qasırğa təxminən 50 milyard dollar ziyan vurub", - deyə ABŞ Prezidenti qeyd edib.

 

C.Bayden onu da qeyd edib ki, hakimiyyət Floridada enerji təchizatının bərpasına və dağıntıların təmizlənməsinə diqqət yetirir.

 

Qeyd edək ki, 3-cü kateqoriyaya aid olan "Milton" qasırğası oktyabrın 9-u yerli vaxtla saat 20:30-da Siesta-Ki yaxınlığında Florida ştatının qərb sahilində başlayıb. Küləyin sürəti 193 (bəzi məlumatlara görə 290-300) km/saata çatıb.

 

Qasırğa nəticəsində, son məlumatlara görə,  azı 15 nəfərin öldüyü bildirilir.

 

Bu arada məlum olub ki, Co Bayden qasırğadan zərər çəkmiş Floridaya səfər edəcək.

 

“Bazar günü, oktyabrın 13-də Prezident “Milton” qasırğasından zərər çəkmiş əraziləri ziyarət etmək üçün Floridaya gedəcək”, - deyə Ağ Evin yaydığı məlumatda vurğulanıb.

Chosen
34
5
senzor.az

6Sources