EN

İran və Rusiya neft-qaz sektorunda layihələrin icrasını sürətləndirəcəklət

Bakı. Trend:

İran prezidenti Məsud Pezeşkian Rusiya prezidenti VladimirPutinlə Aşqabadda keçirilən görüşdə neft, qaz və enerjisektorlarında birgə layihələrin həyata keçirilməsinə əlavə stimulvermək barədə razılığa gəldiyini bildirib.

Trend-inməlumatına görə, bu barədə İran prezidentinin mətbuat xidməti xəbərverib.

"Rusiya prezidenti ilə danışıqlarımız olub. Onlar təxminən birsaat davam etdi. Biz yenə də Rusiya ilə bağladığımızmüqavilələrdən, müqavilələrdən danışırdıq. Bizim konstruktivqarşılıqlı əlaqəmiz var. Biz qaz, avtomobil və dəmir yolu[tikinti], suyun duzsuzlaşdırılması və energetika, neft-kimya,elektrik enerjisi təchizatı sahəsində digər layihələrin icrasınısürətləndirmək barədə razılığa gəldik", - deyə M.Pezeşkian qeydedib.

O əlavə edib ki, Tehran İran ilə qonşuları arasında bütünrazılaşmaları yerinə yetirməklə “sanksiyaların mənfi təsiriniəhəmiyyətli dərəcədə azalda” biləcək.

Qeyd edək ki, V.Putin və M.Pezeşkian arasında danışıqlar“Zamanlar və sivilizasiyalar münasibətləri - sülh və inkişafınəsası” beynəlxalq forumunun kuluarlarında baş tutub.

Məqalədə:
Chosen
37
1
az.trend.az

2Sources