Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki gənc ağır xəsarət alıb. Manset.az xəbər verir ki, hadisə Qara Qarayev prospektində baş verib. Belə ki, 2002-ci il təvəllüdlü Aqşin Abusalamov və Cavanşir Məmmədov yolu keçərkən onları minik avtomobili vurub. Yaralılar xəstəxanaya yerləşdirilib. Faktı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.