EN

"Neftçi"nin yeni baş məşqçisi məlum oldu - REPLİKA

"Neftçi"nin yeni baş məşqçisi Mesut Özil olacaq.

Sportnet.az-ın əldə etdiyi məlumata görə, çoxsaylı tədbirlərlə əlaqədar Azərbaycanda səfərdə olan veteran futbolçu klub rəhbərliyindən cəlbedici təklif alıb.

Rəhbərlik Özilə "Gəl, bizim klubun da qonağı ol" deyib. Türk əsilli sabiq yarımmüdafiəçi təklifi müsbət qarşılayıb. O, Şəkidən qayıtdıqdan sonra "Neftçi" ilə müqavilə bağlayacaq.

Qeyd edək ki, "Neftçi" klubu daha əvvəl Roman Qriqorçuku da bu yolla baş məşqçi təyin edib. Çoxsağlı mütəxəssislərlə uğursuz danışıqlardan sonra ukraynalı Qriqorçukun bir beynəlxalq tədbirlə əlaqədar Bakıda olduğunu görən klub rəsmiləri onu dərhal "ələ keçirib".


Chosen
21
sportnet.az

1Sources