EN

SEPAH generalı bu şəhərdə dəfn olunacaq

Sabah İsrailin Beyruta endirdiyi zərbə nəticəsində öldürülən İslam İnqilabı Keşikçiləri Korpusunun komandir müavini Abbas Nilfuruşanın İraqın Nəcəf və Kərbəla, İranın Məşhəd şəhərlərində vida mərasimi keçiriləcək.

"Ölkə.az" xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Məlumata görə, oktyabrın 15-də isə Tehranda da general üçün vida mərasimi təşkil ediləcək.

Oktyabrın 16-da isə Abbas Nilfuruşan İsfahanda dəfn olunacaq.

Qeyd edək ki, Abbas Nilfuruşan sentyabrın 27-də İsrailin Beyruta endirdiyi zərbə nəticəsində Hizbullah lideri Həsən Nəsrullahla birlikdə öldürülmüşdü. Nilfuruşanın meyiti uzun müddət idi ki, tapılmırdı.(Axar.az)

Chosen
51
35
olke.az

10Sources