İranda Denge qızdırmasına yoluxanların sayı artıb.
Bu barədə İran Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Qubad Moradi danışıb.
O bildirib ki, ilin əvvəlindən xəstəliyə yoluxanların sayı 226 nəfərə çatıb. Çabahar şəhərində Denge qızdırmasına yoluxanların sayı azı 100 nəfərdir.