EN

Netanyahu Quterreşə müraciət etdi: Sülhməramlıları Livandan dərhal çıxarın!

Öz təhlükəsizlikləri üçün BMT sülhməramlı qüvvələri Livanın cənubundakı döyüş bölgəsindən çıxmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

O, birbaşa BMT baş katibi Anatoni Quterreşə müraciət edib:

"!BMT-nin Livandakı sülhməramlılarını Hizbullah qalalarından və döyüş bölgələrindən çıxarmağın vaxtı çatıb. Sülhməramlı qüvvələri təhlükədən uzaqlaşdırın. Bunu dərhal etmək lazımdır”.


Müəllif: Teleqraf.com
Chosen
45
3
teleqraf.com

10Sources