"İsrail rəhbərliyi bu cavabı ABŞ-la razılaşdırmaq istəyir, çünki amerikalılarla sıx koordinasiya İsrailin İran tərəfindən yeni mümkün hücumundan qorunması üçün lazımdır..."
ABŞ və İsrail hər gün İranın hücumuna cavab zərbəsi endirilməsi barədə məsləhətləşmələr aparsa da, bu barədə qərar indiyədək qəbul edilməyib.
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co.il" nəşri yazıb.
Qeyd edilir ki, 2024-cü ilin aprelində İranın aviasiya-raket hücumuna cavab vermək üçün İsrailə cəmi altı gün kifayət edib. Tehran rejimi tərəfindən oktyabrın 1-də yeni hücum törədilib, İsrail ərazisinə təxminən 200 ballistik raket atılıb, nəticədə on milyonlarla şekel zərər vurulub.
Lakin bu hücumdan iki həftə keçəndən sonra da İsrail rəhbərliyi cavabdan yan keçir. Bu ləngimənin səbəbi nədədir? Bu hücum barədə qərar verilibmi? Əgər verilibsə, niyə onun icrası təxirə salınır? - nəşr sual edib.
Məlumatlı mənbələr iddia edir ki, hər-hansı təxirə salınmaqdan söhbət getmir. "İsrail müxtəlif mülahizələri rəhbər tutur. Hazırkı vəziyyət apreldə olduğundan əhəmiyyətli dərəcədə fərqlənir. İsrail ləngimir, dəqiq straregiya ilə hərəkət edir", - mənbələr iddia edir.
Elə həmin mənbələr vurğulayır ki, yeni cavab zərbəsi güclü və miqyaslı olacaq. Lakin zərbənin endirilməsi və onun müddəti barədə qərar hələ qəbul edilməyib, hərçənd, bu məsələ İsrailin hərbi-siyasi kabinetinin iclaslarında bir neçə dəfə müzakirə edilib.
Belə ki, oktyabrın 11-ə keçən gecə iclas iştirakçılarına cavab zərbəsi ilə bağlı analitik arayışlar tədqim edilib, lakin kabinet qərar verməkdən yan keçib. Üstəlik, baş nazir Netanyahu və müdafiə naziri Qalanta ilkin məsləhətləşmələr olmadan qərar vermək səlahiyyətləri verilib.
İrana zərbə endirilməsi bir neçə həm operativ və texniki, həm də siyasi mülahizələrlə ləngiyir. İsrail rəhbərliyi bu zərbəni ABŞ-la razılaşdırmaq istəyir.
Amerikalılarla sıx koordinasiya İsrailin İran tərəfindən yeni cavab hücumundan qorunması üçün lazımdır. Belə hücumun dəf edilməsi ABŞ və regionda müttəfiqlərinin oktyabrın 1-də və aprelin 14-də olduğu kimi birgə səylərini tələb edir.
İsrail ilə Birləşmiş Ştatlar arasında məsləhətləşmələr müxtəlif səviyyələrdə aparılır.
Oktyabrın 9-da Netanyahu ilə Bayden arasında avqustun sonundan ilk dəfə olaraq telefon söhbəti baş tutub. İsrailin strareji planlaşdırma naziri Ron Dermer Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla vəziyyəti müzakirə edib. Müdafiə naziri Yoav Qalant Pentaqon rəhbəri Lloyd Ostinlə müntəzəm olaraq ünsiyyətdədir.
Bir sıra KİV-lər iddia edir ki, ABŞ İranın nüvə obyektləri və neft sənayesi müəssisələrinə zərbələrə imkan verməmək üçün İsrailə təzyiq edir. İsrail öz növbəsində İrandakı belə neft terminallara hücum etməkdən imtina etməyə hazır deyil.
Belə hücum İran rejiminin gəlirlərini kəskin surətdə azaldar, Yaxın Şərqdə terrorun bundan sonra da maliyyələşdirilməsi üçün çətinliklər yarada bilər.
Bəzi materiallarda ABŞ-ın İsrailə ballistik raketlərin və digər hava hədəflərinin ələ keçirilməsi üçün THAAD zenit-raket kompleksi verməyə hazır olduğu barədə deyilir.
Bütövlükdə Vaşinqton İrana cavab zərbəsinin zəruliyini anlayır, lakin bunun miqyasının minimuma endirilməsinə, hərbi obyektlər hədəfləriin siyahısının məhdudlaşdırılmasına və regional müharibələrə yol verilməməsini istəyir.
İstisna deyil ki, İsrail rəhbərliyi cavabı ləngitməklə zamanı hədər yerə xərcləyir. Zərbə nə qədər gec endirilərsə, dünyada İsrail əleyhinə etirazlar daha güclü olacaq.
Hələlik isə belə təəssürat yaranır ki, israillilər elə iyulun 31-də Tehranda HƏMAS lideri İsmayıl Haniyənin aradan götürülməsinə görə qisas alacağını bəyan edən, amma bunu iki aydan sonra icra edən İran kimi cavabı qəsdən ləngidir.