Bakının Binəqədi rayonunda dava zamanı bir nəfər xəsarət alıb.Manset.az xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. 2004-cü il təvəllüdlü Kərimov Məhəmməd Rövşən oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.