Genişləndirilmiş Axuryan icmasının rəhbəri Zaven Manukyan deyib ki, ilkin versiya kimi onun özünü güllələyərək intihar etdiyi deyilir.
***
Erməni mətbuatının məlumatına görə, bu gün meyiti tapılan erməni hərbçi Aqasi Dəlləkyan Meğridəki hərbi hissədə qulluq edirmiş.
Onun 9 aydır xidmət etdiyi bildirilib.
***
Oktyabrın 13-də saat 09:30 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Ağasi Seroji Dəllakyanın odlu silahdan güllə yarası ilə meyiti tapılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Hadisənin başvermə şəraitinin aydınlaşdırılması üçün araşdırma aparılır.