EN

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

FED-in gələn ay faiz dərəcəsini sabit saxlaya biləcəyiehtimallarının qiymətlərə təsiri hiss edilsə də, faiz dərəcələriniilin sonuna qədər keçiriləcək iki iclasın hər birində 25 baza bəndiolmaqla, cəmi 50 baz bəndi azaltacağına dair ehtimallar qalmaqdadavam edir.

Qlobal bazarlar keçən həftə ABŞ Federal EhtiyatlarSisteminin (FED) monetar siyasəti yumşaltma prosesinin sürətiniləngidə biləcəyi və Yaxın Şərqdə davam edən gərginliyə dairnarahatlıqlar səbəbiylə qarışıq bir kurs izləsə də, bütün gözlərAvropa Mərkəzi Bankının bu həftə açıqlanacaq faiz qərarınaçevrildi.

Açıqlanan inflyasiya məlumatlarından sonra ABŞ-dainflyasiya təzyiqlərinin bir müddət öz gücünü itirdiyinə dair artaninam, ehtiyatlı mövqe ilə əvəz olundu.

ABŞ-da inflyasiya rəqəmlərinin proqnozların üzərindədərc olunmasından sonra FED-in yumşalma prosesinin tempini aşağısala biləcəyi ilə bağlı narahatlıqlar fonunda qarışıq tendensiyamüşahidə olunur.

Uzun müddət davam edən yüksək faiz dövrünün resessiyailə nəticələnəcəyinə dair narahatlıqlar da getdikcə güclənir.

Amerikada açıqlanan İstehlak Qiymətləri İndeksi (CPI)sentyabr ayında aylıq müqayisədə 0.2%, illik müqayisədə isə 2.4%ilə ehtimal olunandan daha çox yüksəldi. Analitiklər açıqlananinflyasiya məlumatlarından sonra FED-in faiz endirimi planlarındadəyişikliklər ola biləcəyini, ölkədə açıqlanacaq makroiqtisadiməlumatlardan alınacaq siqnalların əhəmiyyətinin daha da artdığınıbildiriblər.

Ölkədə İstehsal Qiymətləri İndeksi (PPİ) sentyabrayında aylıq əsasda dəyişməyib və gözləntilərin altında olsa da,illik müqayisədə 1.8%-lik nəticə ilə ehtimal olunandan daha çoxartıb.

Bundan əlavə, ABŞ-da İlk dəfə İşsizlik Müavinəti üçünMüraciət Edənlərin Sayı 5 oktyabrda bitən həftədə bazarproqnozlarını aşaraq 258 minə yüksəldi. Beləliklə, işsizlikmüavinəti üçün müraciətlərin sayı 2023-cü ilin avqust ayından bəriən yüksək səviyyəyə çatıb.

“Helene” qasırğası və işçi tətillərinin işsizlikmüavinəti müraciətlərinin artmasında qismən təsirli ola biləcəyinədiqqət çəkən analitiklər, ABŞ-ın Florida əyalətində təsirli olan“Milton” qasırğasının da önümüzdəki həftələrdə məşğulluqməlumatlarına təsir göstərə biləcəyini bildirib.

Bundan əlavə, FED-in açıqladığı 17-18 sentyabrtarixlərində keçirilən Federal Açıq Bazar Komitəsinin (FOMC)iclasının protokollarında bank rəsmilərinin böyük əksəriyyətininuçot dərəcəsini 50 baza bəndi azaldılmasını dəstəklədiyibildirilib.

Protokollarda, iclasda bəzi məmurların faiz dərəcəsini25 baza bəndi azaldılmasının tərəfdarı olduqları ifadə edilərək,inflyasiyanın hələ də bir qədər yüksək olduğu, iqtisadi artımıngüclü və işsizliyin aşağı səviyyədə qaldığı qeyd edilib.

FED-in protokollarında, "Demək olar ki, bütün rəsmilərinflyasiya perspektivi üçün yuxarı istiqamətli risklərin azaldığınıvə məşğulluq üçün aşağı yönlü risklərin artdığını bildiriblər" -ifadəsi işlədilib.

FED rəsmilərinin açıqlamaları təqib olunarkən,Nyu-York FED sədri Con Uilyams inflyasiya təzyiqləri azalmağa davametdikcə, daha çox faiz endirimlərini gözlədiyini bildirib.

Atlanta FED sədri Rafael Bostiç, bankın iqtisadigörünüşün necə inkişaf edəcəyindən asılı olaraq faiz dərəcələrini25 baza bəndi azaltmağa və ya gələn ayın iclasında sabit saxlamağaaçıq olduğunu bildirdi.

Dallas FED sədri Lori Loqan, bankın keçən ay 50 bazabəndlik faiz endirimini dəstəklədiyini, lakin, inflyasiya üçün hələdə yuxarı risklərin olduğunu və iqtisadi vəziyyətlə bağlıqeyri-müəyyənliklər nəzərə alınmaqla, normal siyasət mövqeyinə dahamərhələli qayıtmağın məqsədəuyğun ola biləcəyini ifadə etdi.

Minneapolis FED sədri Nil Kaşkari də risk balansınınyüksək inflyasiyadan artan işsizliyə doğru dəyişdiyinibildirib.

Qlobal bazarlar keçən həftə FED-in monetar siyasətiniyumşaltma prosesinin sürətini və Yaxın Şərqdə davam edən gərginliyiləngidə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən qarışıq birkurs izlədi.

Bu proseslər fonunda FED-in gələn ay faiz dərəcəsinisabit saxlaya biləcəyi ehtimalları qiymətlərə daxil edilsə də, ilinsonuna qədər keçiriləcək iki toplantının hər birində 25 baza bəndi,cəmi 50 baza bəndi endirim edəcəyi gözləntiləri güclü olaraqqalır.

ABŞ-ın 10 illik istiqraz faizi həftəni 11 bənd artımla4.08%, Dollar indeksi isə 0.4% artımla 102.9 bənd səviyyəsindətamamladı.

Ötən həftə qızılın bir unsiya üçün qiyməti 0.1%artaraq 2657.30$, “Brent” markalı neftin bir barreli isə 0.9%artaraq 78.6$ olub.

Nyu-York fond bazarı müsbət tendensiyasərgilədi

ABŞ iqtisadiyyatının "yumşaq eniş" edə biləcəyinə dairgözləntilərin artması ilə Nyu-York fond bazarı ötən həftə müsbəttendensiya sərgilədi.

“Alphabet”-in səhmləri ABŞ-ın inhisarçılıqda ittihametdiyi axtarış sistemi “Google”-lu bəzi tətbiq və xidmətlərini“satmağa məcbur” edəcəyinə dair xəbərlərin yayılmasından sonra2.40% dəyər itirib.

“Boeing”-in səhmləri də zavod işçilərinin sentyabrınortalarından bəri tətil etməsi səbəbilə 2.57% ucuzlaşıb.

“JPMorgan Chase” və “Wells Fargo”-nun xalis mənfəətiötən ilin eyni dövrü ilə müqayisədə üçüncü rübdə azalıb.

“JPMorgan Chase”-in səhmləri bankın mənfəətininazalmasına baxmayaraq mənfəət və gəlirinin proqnozların üzərindəaçıqlanması və illik faiz gəliri proqnozunu artırmasının ardından5.24% dəyər qazanıb.

“Wells Fargo”-nun səhmləri də 7.08% artıb, çünki qeydolunan dövrdə qeydə alınan azalmaya baxmayaraq mənfəətigözləntiləri üstələyib.

“BlackRock”-un səhmləri də idarə olunan aktivlərinardıcıl üçüncü rüb üçün rekord həddə çatdığını bildirdikdən sonra4.33% artıb.

“Tesla” çoxdan gözlənilən robotaksi "Cybercab"-ıtəqdim etsə də, texniki detallar haqqında məlumatın olmamasısəbəbindən təqdimat zəif hesab edildiyi üçün “Tesla”-nın səhmləri12.91% dəyər itirib.

Nəticədə, “Nasdaq” indeksi 1.12%, “Dow Jones” indeksi1.21%, “S&P 500” indeksi isə 1.11% dəyər qazanıb.

Cari həftə ərzində çərşənbə axşamı günü Nyu YorkFED-dən Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi, cümə axşamıgünü Amerikada Pərakəndə Satış Dövriyyəsinin Həcmi, FiladelfiyaFED-dən Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi, həmçinin,ABŞ-da Sənaye İstehsalının Həcmi, İşsizlik Müavinəti üçünMüraciətlərin Sayı, cümə günü Tikintisi yeni Başlayan MənzillərinSayı və Tikinti üzrə İcazələrin Sayı kimi xəbərlər investorlarındiqqət mərkəzində olacaq.

EUR

Avropada bütün gözlər ECB-nin faizqərarındadır

Avropa fond bazarları keçən həftə Böyük Britaniyaistisna olmaqla alış yönümlü bir tendensiya izləsə də, bütünregionda tənəzzül narahatlıqları qalmaqda davam edir.

“ECB”-nin gələn həftə keçirəcəyi iclasında monetarsiyasətdə yumşalma prosesini davam etdirəcəyi gözlənilsə də,regiondan inflyasiya və iqtisadi fəaliyyətlə bağlı məlumat axınıyaxından izlənilir.

Bankın gələn həftə keçiriləcək iclasında faizdərəcələrini növbəti dəfə 25 baza bəndi azaltması ehtimaledilir.

Almaniyada hökumət daha əvvəl 0.3% olaraq elan edilənbu il üçün iqtisadi artım proqnozunu 0.2%-lik iqtisadi geriləməya.anacağı ehtimalı ilə əvəzləyib.

Bundan əlavə, “ECB”-nin sentyabr ayı monetar siyasəticlasının protokolları göstərdi ki, bankın İdarə Heyətinin üzvləriinflyasiya prosesinin yaxşı getməsindən razı olsalar da, siyasətindaha da yumşaldılması ilə bağlı ehtiyatlı mövqe sərgiləyirlər.

İdarə Heyətinin üzvlərinin qiymətləndirmələrini ehtivaedən protokollar göstərdi ki, onlar AMB-nin qiymət təzyiqlərininəzərə alaraq siyasətin tədricən yumşaldılmasını müdafiə edirlər.Protokollarda əsas inflyasiyanın və xidmətlər sektorundainflyasiyanın daha inadkar ola biləcəyinə və gözləntilərə uyğungəlməyə biləcəyinə və manşet inflyasiyasındakı son enişin çoxdəyişkən enerji qiymətlərindəki enişdən böyük ölçüdə təsirləndiyinədiqqət çəkildi.

Digər tərəfdən, “ECB” üzvü Bostyan Vasle verdiyiaçıqlamada inflyasiya risklərinin azaldığını ifadə edərək, "ECB buhəftə faizləri azaltmağa qərar versə belə, bu, avtomatik olaraqdekabr ayında daha bir azalma olacağı anlamına gəlmir" - dedi.

Bölgədə açıqlanan məlumatlara görə, Almaniyadasentyabr ayında İstehlak Qiymətləri İndeksi (CPİ) aylıq müqayisədədəyişməzkən, illik müqayisədə 1.6% artımla proqnozları təsdiqlədi.Avqustda ölkədə xarici ticarət profisiti 22.5 milyard avro iləgözləntilərin üstündə olub.

Avqust ayında fabrik sifarişləri 5.8%azalıb.

Avrozonada sentyabrda mənfi 15.4 bənd olan Ümumiİnvestor Güvən İndeksi bu ay mənfi 13.8 bənd olub. Alman avtomobilsənayesinin satışları ilin birinci yarısında illik müqayisədə 4.7%azalaraq 269.5 milyard avroya düşüb. Avrozonada pərakəndə satışlaravqustda aylıq 0.2%, illik müqayisədə isə 0.8% artıb.

Nəticədə, İngiltərədə “FTSE100” indeksi 0.33% dəyəritirərkən, Fransada “CAC 40” indeksi 0.48%, İtaliyada “MIB 30”indeksi 2.12%, Almaniyada “DAX 40” indeksi isə 1.32% dəyərqazanıb.

Bu həftə İngiltərədən çərşənbə axşamı günü əmək bazarıhesabatı, Avrozonadan Sənaye İstehsalının Həcmi, Almaniyadan “ZEW”indeksləri, çərşənbə günü İngiltərədən inflyasiya və cümə axşamıgünü Avrozonadan istehlak Qiymətləri İndeksi və “ECB”-nin faizqərarı yaxından təqib ediləcək.

GBP

Keçən həftəyə 1.3115 səviyyəsində başlayan GBPUSDməzənnəsi həftə ərzində eniş tendensiyasını davam etdirdi və 1.3020həddini test etdi.

Həftəlik şamını 1.3110 səviyyəsində tamamlayan GBPUSDməzənnəsində tendensiyanın necə davam edəcəyinə dair ipucları üçüninvestorlar cari həftə ərzində İngiltərədə çərşənbə axşamı günüdərc olunacaq əmək bazarı hesabatını, çərşənbə günü isə İstehlakQiymətləri İndeksi göstəricilərini yaxından izləyəcəklər.

OİLUK

Ötən həftəyə 78.20$ səviyyəsində başlayan “Brent”nefti (OİLUK) həftə ərzində 75.70$-a kimi ucuzlaşsa da, YaxşınŞərqdə hərbi ritorikanın yüksələn xəttlə davam etməsi fonunda81.70$-a kimi bahalaşdı.

Həftəlik şamını 79.20$-da bağlayan OİLUK-də “buğalar”qiyməti 80$-ın üzərinə yüksəldə və burada saxlaya bilsələr, artımtendensiyası daha kəskin xarakter ala bilər.

XAUUSD

Keçən həftəyə 2650.20$ həddində start verən qızıl2604.40$-a kimi ucuzlaşsa da, artan geosiyasi risklər səbəbilə“güvənli liman” missiyasını davam etdirdi. Həftə ərzində 2661.30$-akimi bahalaşan “sarı metal” həftənlik şamını 2656.30$ səviyyəsindəbağladı.

“Buğalar” qiyməti 2650$ həddinin üzərində qoruyubsaxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter alabilər.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefonnömrəsi və ya www.investaz.az veb saytıvasitəsilə bizə ünvanlaya bilərsiniz.

Chosen
26
8
az.trend.az

2Sources