EN

Azercell yaşıl baza stansiyalarının sayını artırır

İsrailin şimalında yerləşən hərbi bazaya pilotsuz təyyarənin çırpılması nəticəsində 4 əsgər həlak olub, 60-dan çoxu yaralanıb.

İsrail Müdafiə Qüvvələrinin (İDF) məlumatına görə, Hayfanın cənubundakı Binyamin Givat Ada kəndində yerləşən bazaya hücum nəticəsində yaralanan 7 əsgərin vəziyyəti ağırdı.

Pilotsuz təyyarə axşam yeməyi zamanı hərbi bazanın yeməkxanasının tavanına düşüb. Hücumdan əvvəl hava hücumu xəbərdarlığı sistemi işə düşməyib. İDF bunun səbəblərini araşdıracağını bildirib.

Zərbə yerli vaxtla saat 19:00 radələrində baş verib və İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, hücumda ən azı üç pilotsuz uçuş aparatı iştirak edib.

“Hizbullah”-ın yüksək rütbəli üzvü “Əl-Cəzirə” telekanalına bildirib ki, hücumda şəxsən iştirak edib. Onun sözlərinə görə, hücumu pilotsuz təyyarələr dəstəsi həyata keçirib.

“Hizbullah”-ın mətbuat xidmətinin məlumatına görə, zərbə cümə axşamı Livanın cənubunda və Beyrutda İsrailin hücumlarına cavab olaraq həyata keçirilib.

İsrail Müdafiə Qüvvələri “Hizbullah” hədəflərinə hücumlarını artırıb.

Sentyabrda İsrail Livandan ərazini müntəzəm atəşə tutandan sonra “Hizbullah”-a qarşı hərbi əməliyyata başlayıb. Hərəkatın lideri Həsən Nəsrullah və digər yüksək vəzifəli şəxslər öldürülüb. Sentyabrın 30-da İsrail qruplaşmaya qarşı məhdud əməliyyat keçirdiyini bildirərək Livana qoşun yeridib.

Livanın Səhiyyə Nazirliyi bildirir ki, İsrailin hava hücumları və quru əməliyyatları nəticəsində sentyabrın ortalarından bu yana ölkədə 1300-dən çox adam ölüb, 3800-ə yaxın yaralı var. Bir milyondan çox qaçqının olduğu bildirilir.

“AzPolitika.info”

Chosen
25
azpolitika.info

1Sources