EN

Saxta əsginasları Milliön aparatlarından keçirdiklərini iddia edənlərə – RƏSMİ CAVAB – VİDEO

Sosial şəbəkələrdə saxta əsginasların Milliön aparatı tərəfindən qəbul edildiyi iddia olunub.

News24.az Bakuplus.az-a istinadla xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, şəxslər saxta əsginasların seriya nömrəsinin üzərinə kağız yapışdırıldığı üçün onların aparatın qəbul etdiyini iddia ediblər.

Bəs görəsən, bu nə dərəcə doğrudur? Saxta əsginasları Milliön aparatlarından keçirmək mümkündürmü?

Məsələ ilə bağlı BakuPlus.az-a açıqlama verən “PashaPay” şirkətinin PR meneceri Aygün Əliyeva bildirib ki, sosial şəbəkələrdə saxta əsginasların aparatın qəbul etməsi ilə bağlı görüntülər həqiqəti əks etdirmir:

“Qətiyyən doğru deyil. Bu məsələdə o qədər mükəmməl sistem qurulub ki, mümkün ola bilməz. Gördüyünüz kimi videoda da saxta əsginası heç bir aparata daxil etmir. Milliön aparatlarında belə bir halın qeydə alınması qeyri-mümkündür. Absurd fikirlərdir”.

Həmin görüntüləri təqdim edirik:


Chosen
9
news24.az

1Sources