EN

Rusiyanın Zəngəzur dəhlizi planı



Ermənistan Baş naziri Nikol Paşinyan "Zəngəzur" dəhlizinə Rusiya FTX nəzarət edəcəyini istisna etmədiyini qeyd edib. Halbuki N. Paşinyan Rusiyanın Zəngəzur dəhlizinə nəzarətini qəbul etmirdi. Hətta 10 noyabr Birgə Bəyannaməsinin qüvvədə düşdüyünü elan etmişdir.
Görünür, Moskvada V. Putinlə N. Paşinyan arasında danışıqlarda Zəngəzur dəhlizinə nəzarətlə bağlı razılaşma əldə edilib. Razılaşma əsasında Rusiya öz sərhəd qoşunlarını İranla sərhəddən çıxardı. Həmçinin Türkiyə ilə sərhəddə Ermənistan sərhəd xidməti ilə Rusiya sərhədçiləri birgə xidmət aparacaq.
ABŞ -ın N Paşinyanın bu qərarı ilə bağlı mövqe ortaya qoymayib. "Orta dəhlizi" Rusiyanın nəzarətinə vermək ABŞ, Türkiyənin və Böyük Britaniyanın da geosiyasi maraqlarına ziddir. Qeyd edim ki, Rusiya üzərindən "Orta dəhlizi" məlum hadisələrə görə işləmir. Gürcüstan hökumət Rusiya ilə əlaqələri inkişaf etdirdiyi üçün ABŞ "Zəngəzur" dəhlizinin açılmasında maraqlıdır. Həmçinin "Orta dəhlizin" İran üzərindən reallaşmasini Qərb qəbul etmir.
N. Paşinyanın bu qərarı Rusiyanın Ermənistanda və regionda mövqeyini güclənməsinə və Orta dəhlizə tam nəzarət etməsi demək olacaq. Rusiyanın da istədiyi bu idi. Görünür, V. Putin N. Paşinyanı ikitərəfli danışıqlar da iqtisadi və hərbi müstəvidə təhdid edib ki, bele bir beynəlxalq bir layihəyə Rusiyanın nəzarət etməsinə razılaşıb.
Ümumiyyətlə, Rusiyanın "Zəngəzur" dəhlizinə nəzarəti Azərbaycanın milli təhlükəsizlik maraqlarına cavab vermir. Ermənistan Baş naziri də yaxşı bilir ki, o çox məsuliyyətli və Ermənistan üçün təhlükəli bir prosesə razılıq verib. Ona görə də növbəti prosesdə N. Paşinyan öz mövqeyindən geri çəkilə bilər. ABŞ bu xüsusda Ermənistan hakimiyyəti ilə sıx işləyəcək. Çünki Rusiyanın "Zəngəzur dəhlizinə" nəzarət edəcək idisə, Rusiya və Gürcüstan üzərindən, həmçinin İran üzərindən "Orta dəhlizin" bağlanmasına nə ehtiyac var idi?! Ona görə də ABŞ bununla bağlı Ermənistani bu qərarından imtina etmeye sövq edə bilər.
Məhəmməd Əsədullazadə
Chosen
59
50
newscenter.az

10Sources