EN

Azərbaycan-Slovakiya matçına 4 minə yaxın bilet satılıb

Azərbaycan-Slovakiya

UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunda bu gün keçiriləcək Azərbaycan - Slovakiya matçına indiyədək satılmış biletlərin sayı bəlli olub.

Reyting.az
xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, qarşılaşma üçün hələlik 3978 bilet alınıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 20:00-da başlayacaq.
Chosen
8
11
reyting.az

10Sources