EN

Külli miqdarda tütün məmulatının ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb - FOTOLAR

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələri və Dövlət Sərhədinin Mühafizəsi tapşırığını yerinə yetirən sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində oktyabrın 9-da külli miqdarda tütün məmulatının Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Xəzər dənizinin Azərbaycan Respublikasının ərazi sularında sərhəd və üzmə rejimini pozan üzmə vasitəsinin axtarışı ilə bağlı dövlət sərhədinin və neft-qaz infrastrukturunun mühafizəsində olan sərhəd gəmiləri tərəfindən aparılmış axtarış tədbirləri nəticəsində dənizdə 85 ədəd şübhəli bağlama müəyyən olunub.

Bağlamalara baxış zamanı dəyəri təqribən 330 min AZN məbləğində aksiz markasız 111 min 72 qutu müxtəlif çeşidli tütün məmulatları aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Chosen
25
42
sia.az

10Sources