EN

Ən çox hansı avtomobillər qəza törədir?

Qəzetlərdə, saytlarda, televizorlarda, demək olar ki, hər gün yol qəzaları ilə bağlı xəbərləri oxuyub, görürük. 

Yol qəzalarının isə əksəriyyəti eyni səbəblə baş verir: yüksək sürət, manevr, yuxusuzluq...

Amma son zamanlar taksi fəaliyyətinin çoxalması, taksidən istifadənin artması yol qəzalarının sayına da öz təsirini göstərir. 

Burada bir sual yaranır. Ölkədə ən çox qəza törədən hansı maşınlardır? 

Məsələ ilə bağlı Hit.az-a açıqlama verən nəqliyyat eksperti Cəfər Abbasov deyib ki, qəzaların mütləq əksəriyyəti sərnişin daşımada istifadə olunan minik avtomobillərdir:

“Konkret bu barədə statistika yoxdur. Amma qəza törədən maşınlara baxsaq, əksəriyyəti “Prius”-lardır. Bu maşınlar da daha çox taksi kimi fəaliyyət göstərir. Daha sonra bu qəbiləyə “Kia”, “Mercedes” kimi avtomobil növlərini də əlavə edə bilərik. İstər qayda pozuntuları olsun, istərsə də, yol nəqliyyat hadisələri bu sahədə gündəlik marşrutlar üzrə istifadə olunan nəqliyyat vasitələri ön sırada dayanır”.

Murad


 

Chosen
71
50
hit.az

10Sources