EN

İsrail ordusu Livanın cənubunda Hizbullaha məxsus 800 metrlik bunker aşkarlayıb

İsrail hərbçiləri Livanın cənubunda “Hizbullah” hərəkatının Radvan xüsusi təyinatlı qüvvələrinin qərargahının yerləşdiyi və İsrailə hücumda istifadə üçün hazırlanmış silah, sursat və motosikletlərin saxlandığı 800 metr uzunluğunda yeraltı möhkəmləndirilmiş tikili aşkarlayıb.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

"Livanın cənubunda əsgərlər “Hizbullah”ın Radvan qüvvələrinin komanda mərkəzinin yerləşdiyi 800 metr uzunluğunda yeraltı möhkəmləndirilmiş tikili aşkar ediblər. Yeraltı obyektin içərisində raketlər, minaatan mərmiləri, motosikletlər, yemək və ləvazimatlarla təchiz olunmuş mətbəx də daxil olmaqla uzunmüddətli yaşayış yerləri tapıb”, - məlumatda deyilir.

İsrail ordusunun məlumatına görə, “Hizbullah” bu bunkeri işğal planının bir hissəsi və Qalileyanın fəthi kimi istifadə etmək niyyətində olub və məhz buna görə də komanda mərkəzini Livanın cənubundakı mülki ərazinin altına yerləşdirib.

Chosen
71
15
apa.az

10Sources