EN

Millətlər Liqası: Fransa Belçikadan, Almaniya Niderlanddan üstün oldu

UEFA Millətlər Liqasında 4-cü turun oyunları keçirilib.

hakimiyyet.az xəbər verir ki, Fransa səfərdə Belçika ilə qarşılaşıb. Qonaqlar Kolo-Muaninin dublu ilə qalib gəliblər. 76-cı dəqiqədə fransızlar azlıqda qalsalar da, əlverişli hesabı sonadək qoruya biliblər - 1:2.

Almaniya Niderlandı qəbul edib. Matçın taleyini cəmi bir qol həll edib. Almanların 63-cü dəqiqədəki dəqiq zərbəsi onlara üç xal qazandırıb - 1:0.

İtaliya doğma azarkeşləri önündə İsraili sınağa çəkib. Meydan sahibləri qonaqları darmadağın ediblər - 4:1.

Digər görüşlərdə Bosniya və Herseqovina öz meydanında Macarıstana uduzub - 0:2.

Ukrayna - Çexiya matçında qalib müəyyənləşməyib - 1:1.

Türkiyə səfərdə İslandiya qarşısında ilk qolu buraxan tərəf olsa da, geridönüş etməyi bacarıb - 2:4.

Uels Monteneqroya minimal hesabla qalib gəlib - 1:0.

Estoniyanın qonağı olan İsveç isə səfərdən üç xalla qayıdıb - 0:3.

Chosen
12
2
hakimiyyet.az

3Sources