EN

Çin Putinin nüvə silahından istifadə ilə bağlı fikirlərini yüksək qiymətləndirir

Rusiya prezidenti Vladimir Putin nüvənin qarşısının alınması və ümumilikdə nüvə silahı məsələsi ilə bağlı çox düşünür. Ona görə də Rusiyanın nüvə doktrinasında son dəyişikliklər Moskvanın münaqişələrdə nüvə silahından birbaşa istifadəyə daha yaxın olması demək deyil.

SİA-nın əldə etdiyi məlumata görə, “Kommersant” qəzeti xəbər verir ki, bunu Şərqi Çin Pedaqoji İnstitutunun Rusiya Tədqiqatları Mərkəzinin icraçı direktoru Liu Jun deyib.

…Rusiya prezidenti Vladimir Putin çox rasional insandır. Əgər sadə insanlar bu problemə sadə yanaşırlarsa, o, əksinə, nüvə silahı ilə bağlı məsələlərə çox dərindən və çox düşünülmüş şəkildə baxır. Bəli, o, doktrinada düzəlişlər edir, lakin bu, heç də nüvə silahından istifadə ediləcəyi demək deyil.

Qeyd edildiyi kimi, bunu çinli analitik bildirib.

Xatırladaq ki, sentyabrın 25-də Putin nüvə doktrinasına dəyişikliklər təklif edib. O bildirib ki, yenilənmiş variantda nüvə silahına malik olmayan dövlətin, lakin nüvə silahına malik olan dövlətin dəstəyi və ya iştirakı ilə Rusiyaya qarşı təcavüzü birgə hücum kimi qiymətləndiriləcək.

Əli Babayev

Chosen
80
50
sia.az

10Sources