“Ukrayna “bir gün” Şimali Atlantika Alyansının üzvü olacaq, bu, vaxtı gələndə baş verəcək”.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib. Onun sözlərinə görə, beynəlxalq təşkilat bu tədbirin tarixini yaxınlaşdırmaq yollarını müzakirə edir.
“Zamanı gələndə... Aydındır ki, bir gün Ukrayna NATO-ya üzv olacaq və biz bu anı necə yaxınlaşdıracağımızı müzakirə edirik”, - Rutte bildirib.
Ruttenin sözlərinə görə, NATO və Kiyevin birgə həyata keçirdiyi sazişlər Ukraynanın Şimali Atlantika Alyansına qoşulmağa hazır olmasına kömək edir. Zelenski oktyabrın 16-da Ali Radanın iclasında öz planını təqdim edib.
QAZİLER.AZ