EN

Nazir müavini Hidayət Abdullayev Şirvan şəhərində vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev oktyabrın 17-də Şirvan şəhərində Şirvan şəhərinin və Hacıqabul rayonunun sakinlərini qəbul edib.

Müraciət edənlər sırasında müharibə veteranları da olub.

H.Abdullayev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

Chosen
33
4
qht.az

10Sources