EN

Azərbaycanda vəzifəli şəxs yol qəzasında öldü

Cəbrayılda yol qəzasında ölən şəxslə bağlı bəzi təfərrüatlar məlum olub.

News24.az Publika.az-a istinadla xəbər verir ki, qəzaya düşən Ədalət Zeynalov "Azərışıq" ASC-ın Cəbrayıl Elektrik Şəbəkəsinin rəisidir.


xxx

Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az Report-a istinadla xəbər verir ki, hadisə bu gün rayonun Soltanlı kəndində qeydə alınıb.

Sulduz Qəmbərzadənin idarə etdiyi "Ford" markalı avtomobil yolun kənarında dayanmış Ədalət Zeynalov idarə etdiyi "Niva" markalı avtomobilə çırpılıb. Nəticədə Ədalət Zeynalov hadisə yerində ölüb, "Ford"un sürücüsü xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, hadisə zamanı ölən Ədalət Zeynalov "Azərışıq" ASC-ın Cəbrayıl Elektrik Şəbəkəsinin rəisidir.


Chosen
2
41
news24.az

10Sources