EN

Dünya təhlükə ilə üz-üzədir – Marburq virusu  nədir?

Dünya yeni təhlükə ilə - sürətlə yayılan və ölümcül hemorragik qızdırma ilə nəticələnə bilən Marburq virusu ilə üz-üzədir.
 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni virusla bağlı ciddi narahatlığını bildirib. Hazırda 58 Marburq qızdırması halı təsdiqlənib, 13 nəfər vəfat edib. Eyni zaman ÜST virusun təmas yolu ilə ötürüldüyünü və yayıldığını bildirir. Qeyd edək ki, Marburq ən ölümcül viruslardan biridir və xəstələrin 88 faizini öldürür.
 
Bu barədə Moderator.az-a açıqlama verən  həkim - infeksionist  Əsmər İsmixanaova qeyd edir ki, Marburq virusu insanlar və meymunlara təsir edən nadir, lakin ağır ölümcül hemorragik qızdırma virusudur:
 
“Virus ilk dəfə 1967-ci ildə Almaniyada Afrikadan gəlmiş meymunlardan yoluxmuş insanlarda aşkar edilib. Marburq  yoluxmuş heyvanlar vasitəsilə yayılan və insanlara da keçə bilən ölümcül viral hemorragik qızdırma xəstəliyidir. İnsanlardan insana yoluxma zədələnmiş dəri və sekli qişalardan  olur.  Virusa yoluxduqdan  20 gün sonra  əlamətlər başlayır. Əlamətlər qəflətən başlayır. Xəstəliyin əsas əlamətləri: hərarətin yüksəlməsi və titrəmə, güclü baş ağrıları, qusma və ishal, əzələ ağrısı, boğaz ağrısı, bədəndə səpkilər, nevroloji dəyişikliklər,  aydınlığının pozulması, qaraciyər çatışmazlığı, multi orqan çatışmazlığıdır. İlk əlamət yüksək qızdırma və ishaldır. Bu zaman qarında sancışəkilli ağrılar və ürək bulanmalar olur. Yeddi gün sonra səpkilər müşahidə edilə bilər. Müalicə edilməzsə , susuzlaşma nəticəsində yeddi gün sonra ağır hemor simptomlar çoxsaylı qanaxmalar, mədə, bağırsaq qanaxması, burun, diş əti, uşaqlıq qanaxması, hətta inyeksiya yerlərində belə qanaxmalar müşahidə edilir. Xəstəliyin xüsusi müalicəsi yoxdur. Zamanında göstərilmiş dəstək və sintomik müalicə ilə xəstələr həyatda qala bilər. Xəstəliyin qarşısını almaq üçün xəstəliyin yayıldığı ərazilərə səfərlərin  edilməməsi məsləhətdir”.
 
 
Mehin Mehmanqızı
Chosen
54
5
moderator.az

10Sources