Ötən gün axşam saatlarında Samur-Abşeron kanalının Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən hissəsində aşkarlanan cəsədin kimə məxsus olması müəyyənləşib.
Referans.az" target="_blank">Referans.azAPA-ya istinadən xəbər verir ki, meyitin 29 yaşlı Xaçmaz rayonu, Hacıəlibəy kənd sakini Cəfərova Kübraxanım Cəlil qızına məxsus olduğu bəlli olub. Onun oktyabrın 3-də itkin düşdüyü bildirilir.
K. Cəfərovanın hansı səbəbdən Samur-Abşeron kanalına düşdüyü məlum deyil.