EN

“WhatsApp”da yeni funksiya

Məşhur WhatsApp messencerində zənglərlə bağlı yeni funksiya olacaq.

Qaziler.az bildirir ki, yenilik barədə WABetaInfo portalı məlumat yayıb.

Bildirilir ki, keçid yaratmaq imkanı mesaj daxiletmə sahəsinin yanındakı əlçatanlıq tabında görünəcək. Portalın məlumatına görə, bu yolla həmsöhbətləri həm audio, həm də video zənglərə dəvət etmək mümkün olacaq. Yaradılmış keçid cari söhbətdə və ya digər pəncərələrdə paylaşıla bilər.

WABetaInfo-nun aydınlaşdırdığı kimi, bu gün messencerin bir çox istifadəçiləri zənglərə keçidlər yaratmağın mümkün olduğunu bilmirlər. Yenilik bu seçimi daha nəzərə çarpacaq edəcək. Qeyd olunur ki, bu funksiya iOS əməliyyat sistemi əsasında qurulan qurğular üçün tətbiqin beta versiyalarında görünəcək.

QAZİLER.AZ

Chosen
14
50
qaziler.az

10Sources