EN

Azərbaycandan xarici maliyyə kəşfiyyatı orqanlarına 126 məlumat göndərilib

Bakı. Trend:

2023-cü ildə Maliyyə Monitorinqi Xidməti (MMX) 64 ölkənin xaricimaliyyə kəşfiyyatı orqanlarına 126 məlumat göndərib. Bu da 2022-ciilin müvafiq göstəricisindən (37) 89 vahid və ya 3,4 dəfəçoxdur.

Bu barədə Trend MMX-yaistinadən xəbər verir.

Bildirilib ki, məlumatın göndərildiyi ölkələrin sayı 2022-ciilin müvafiq göstəricisindən (32) 32 vahid və ya 100 faiz daha çoxolub. 2023-cü ildə göndərilən məlumatların 48,4 faizi Türkiyə,Rusiya, ABŞ, Ukrayna, BƏƏ, İsveçrə, Gürcüstan, Belarus, Litva,İtaliya, Birləşmiş Krallıq və Kiprin payına, 51,6 faizi isə 52fərqli ölkənin payına düşüb.

Həmçinin, ötən il Xidmətə 25 xarici ölkənin maliyyə kəşfiyyatıorqanından 57 məlumat daxil olub ki, bu da 2022-ci ilə nisbətənmüvafiq olaraq 13,8 % və 6,6 % azdır.

Daxil olmuş məlumatların 24,6%-i Rusiyanın, 12,3%-iTürkmənistanın, 10,5%-i Latviyanın, 7%-i Almaniyanın, 5,3%-iUkraynanın, 3,5%-i İtaliya, Çexiya və Maltanın, 1,8%-i isə müvafiqolaraq Hindistan, Estoniya, Lixtenşteyn, Türkiyə, Norveç,Niderland, Man adası, Seyşellər, BƏƏ, Bəhreyn, Polşa, İsrail,Belarus, Vanuatu, Kipr, Filippinlər və Macarıstanın payınadüşüb.

Chosen
25
2
az.trend.az

3Sources