EN

Blinkenin Yaxın Şərqə səfəri başlayır

Bakı. Trend:

ABŞ Dövlət katibi Entoni Blinken 21-25 oktyabr tarixlərindəİsrailə və Yaxın Şərqdəki digər ölkələrə səfər edəcək.

Trend xəbər verir ki, ABŞDövlət katibi görüşlərdə Qəzzada müharibənin sona çatdırılmasının,bütün girovların azad edilməsinin və Fələstin xalqının əzabınınyüngülləşdirilməsinin vacibliyini müzakirə edəcək.

O, həmçinin münaqişədən sonrakı dövrün planlaşdırılması,fələstinlilərə həyatlarını yenidən qurmağa və “Həmas”dan azadolaraq öz istəklərini həyata keçirməyə imkan verən irəliyə doğruyeni bir yolun izlənilməsi ilə bağlı danışıqları davam etdirəcək.Görüşlərdə Qəzzada mülki şəxslərə əlavə ərzaq, dərman və digərhumanitar yardımların çatdırılmasının vacibliyi qeyd olunacaq.

Entoni Blinken, həmçinin, İsrail və “Hizbullah” arasındakımünaqişənin BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini tamyerinə yetirmək və Mavi Xətt boyunca mülki şəxslərin evlərinəqayıtmasına imkan verməklə diplomatik yolla həll edilməsininzəruriliyini müzakirə edəcək.

O, ABŞ-nin gərginliyi azaltmaq və davamlı sabitliyi təmin etməküçün regiondakı tərəfdaşlarla işləmək öhdəliyini bir dahatəsdiqləmək niyyətindədir.

Chosen
29
13
az.trend.az

10Sources