Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili “Imedi” televiziya kanalına müsahibəsində seçkiöncəsi vəziyyət barədə danışıb. SİTAT: "Mən hadisələri qabaqlayıb sizə deyirəm ki, seçki günü fövqəladə heç nə baş verməyəcək, seçkilərdən sonrakı ikinci gün çox sakit keçəcək. Biz seçkilərdə qalib gələcəyik və ölkədə sabitlik bərqərar olunacaq. Gürcüstan xalqı oktyabrın 27-dən etibarən öz evlərində sakit yatacaqlar”.
Mətləb Salahov