EN

Yağış nə vaxt kəsəcək?

Hazırda ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraitində fasilə yaranıb.

Busaat.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, hazırda yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında, Qobustan, Oğuz, Şəki, Qəbələ, İsmayıllıda müşahidə olunur, arabir qısamüddətli leysan xarakterli yağış yağır.

Müşahidə olunan yağıntılı hava şəraiti bu gün günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda tədricən kəsiləcək.

Chosen
56
1
busaat.az

2Sources