EN

DYP-dən hava şəraiti ilə bağlı MÜRACİƏT

Bakı. Trend:

Ölkə ərazisində yağan aramsız yağışlar avtomobil yollarında,xüsusilə paytaxtın küçə və prospektlərində bir sıra çətinlikləryaradıb.

Trend xəbər verir ki, bubarədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Bildirilir ki, yollarda hərəkətin nizamlanması, eləcə dəfəsadların aradan qaldırılması məqsədilə, DYP əməkdaşları gecəsaatlarından etibarən aidiyyəti qurumlarla birgə çalışır.

"Hazırda respublika əhəmiyyətli avtomobil yollarında YPXAlayının əməkdaşları tərəfindən nəqliyyatın intensiv hərəkəti təminolunmaqla fasiləsiz xidmət aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraitinin yolhərəkəti iştirakçıları üçün əlverişsiz olduğunu nəzərə alaraq, birdaha onları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yollarınsürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritikhava şərtləri ilə əlaqədar sürücüləri ehtiyat tədbirləri görməyəçağırır", - məlumatda qeyd olunub.

Məqalədə:
Chosen
60
34
az.trend.az

10Sources