Azərbaycanlı futbolçu Rahil Məmmədovun çıxış etdiyi "Radomyak" klubu Polşa çempionatında növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən komanda XII tur çərçivəsində "Puşa"nı qəbul edib.
Oyun “Radomyak”ın 2:0 hesablı qələbəsi ilə nəticələnib.
Rahil meydana start heyətində çıxıb. Millimizin müdafiəçisi oyunu əvəzlənmədən keçirib.
Qeyd edək ki, aktivində 12 xal olan "Radomyak" turnir cədvəlində 18 komanda arasında 13-cüdür.