EN

Terrorçuların lideri Fətullah Gülənin ölümündən sonra ABŞ-dən ilk AÇIQLAMA

Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin ölümü ilə bağlı ilk açıqlama ABŞ-dən gəlib.    Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. Gündəlik mətbuat konfransında ABŞ Dövlət Departamentinin müavini Vedant Patelə Gülənin ölümü ilə bağlı suallar verilib. O isə suallara cavab verməyi rədd edib.  "Mən xəbərləri görmüşəm, amma deyə biləcəyim heç bir şey yoxdur. ABŞ-də yaşayan özəl şəxsləri maraqlandıran məsələlərə münasibət bildirmirəm". Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi isə onlayn mətbuat konfransında FETÖ liderinin ölümü ilə bağlı Vaşinqtonla Ankara arasında hər hansı bir əlaqənin olub-olmaması sualına belə cavab verib: “Hazırda aramızda heç bir əlaqə yoxdur".  

Gündəlik mətbuat konfransında ABŞ Dövlət Departamentinin sözçüsü müavini Vedant Patelə Gülənin ölümü ilə bağlı sual verilib.

Chosen
7
3
manset.az

5Sources